Təbiət

Kolbasa ağacı

"Afrika Kiqeliyası" adlanan ağacı meyvəsinin formasına görə "Kolbasa ağac" adlandırırlar. 


XIX əsrin ortalarında avropalı səyyahlar Afrikanın ekvator meşələrində üzərində kolbasaya bənzər meyvəsi olan qeyri-adi ağac tapırlar.


Kiqeliyanın meyvəsi yeyilmir, hətta zəhərlidir. Belə ki, kiçik bir dilim yemək kəskin ishal yarada bilər.


Lakin yerli tayfalar onun qovrulmuş toxumlarından yemək hazırlamaq üçün istifadə edirlər. Qabığından və lətindən isə dərman, qırmızı boya, qab, güclü təsiredici zəhər, az alkoqollu içkilər hazırlayırlar. 


Ağacın özü də çox maraqlıdır. Ağac quraqlıq dövründə ilk mövsüm yağışları ilə uzanan yarpaqlarını tamamilə tökür. Həmçinin çox gözəl çiçəkləyir. Gecədən səhərə qədər ağacda böyük qırmızı güllər açır və səhər açılan kimi çiçəklər yenidən yığılır. 


Kiqeliyanın çiçəkləri xırda yarasalar və ya quşlarla tozlanırlar.