Bu maraqlıdır!

Portağal haqqında maraqlı faktlar

Portağalın tarixi 4 min il əvvələ gedib çıxır. Vətəni Çin olan portağal Avropaya yalnız XV əsrdə gətirilib.


Hesab edilir ki, bu meyvə bizə mifologiyadan məlum olan həmin "qızıl alma"dır. 


XV əsrdə portağalı yalnız adlı-sanlı insanların süfrəsində görmək olardı, çünki o zamanlar bu meyvə çox baha idi. Həmçinin portağal taun xəstəliyinin müalicəsində çox faydalı hesab olunurdu. 
Bu sitrus bitkisinin üç yüzə yaxın sortu mövcuddur. Bəzi sortları yetişəndə də yaşıl rəngdə olur.


Bu sitrus ağacının uzunömürlülüyü adamı valeh edir, o, 700 il yaşaya bilir (portağal ağacının orta ömür müddəti 100 ildir). Portağal ağacı Avropada isə 500 il yaşayır. Ağacın orta məhsuldarlığı bir sentnerə qədər təşkil edir. Meyvədən bir litr şirə almaq üçün 3-4 kiloqram portağal sıxmaq lazımdır. 


İspaniyada 40 milyondan çox portağal ağacı var. 


Odessada hətta portağala abidə qoyulub. Maraqlı fakt ondan ibarətdir ki, odessalılar imperator I Pavelə şəhərdə ticarət limanının tikintisinə pul ayırmaq üçün bir neçə min ədəd portağal bağışlayıblar.