Bu maraqlıdır!

Böyük Sədd Rifi

Avstraliyanın şimalında Korall dənizində  2600 kilometr boyunca 344.4 km² sahəni əhatə edən mərcan rif divarı uzanır. Buranı “Böyük rif səddi” adlandırırlar. Avstralyanın Kvinslənd (Queensland) vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur.


Rif – dayaz su sahələrində sualtı və suüstü yüksəkliklərə deyilir. Riflər sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rif yaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Bu rif sistemi canlı çeşidliyinə görə fərqlənir, buna görə də Dünya Mirasları siyahısına salınıb. 


Böyük Sədd Rifi britaniyalı dənizçi Ceyms Kuk tərəfindən 11 iyun 1770-ci ildə kəşf edilib. Rif suda gediş- gəlişə mane olurdu. Kukun gəmisi də rifə dəymişdi. Bununla da, Ceyms Kuk Avstraliyanın Şimal tərəfində yerləşən bu gözəl və qəribə sualtı aləmi gördü.


Mərcanlar üzərində tədqiqatlar aparan Ceyms Kuk bildirmişdir ki, qlobal istiləşmə nəticəsində mərcanların rəngi tamamilə dəyişib, onların mikroskopik yaşıl-göy dəriləri öz təbii görünüşünü demək olar ki, itirib. Hazırda alimlər burada 6000-ə qədər mərcan rifin kökünün kəsilməsi ərəfəsində olduğunu söyləyirlər. Mütəxəssislər deyirlər ki, proses sürətlə gedir və hətta okeanların dərinlikləri belə qlobal istiləşmə nəticəsində “çılpaq” qala bilər.


Mütəxəssislər vurğulayırlar ki, mərcan riflərin qorunması üçün beynəlxalq həmrəylik göstərməklə qlobal istiləşməyə qarşı tədbirlər həyata keçirilməlidir.
Mərcan adalarının möhtəşəm sualtı dünyası dünyanın müxtəlif yerindən bir çox turisti cəlb edir, lakin bura inanılmaz dərəcədə nəcib və müdafiəsizdir. Məsələn, su temperaturu ən azı bir dərəcə yüksəldikdə nadir yosunlar və mərcan polipləri məhv olur. Buna görə də Avstraliya hökuməti bu bölgəyə ziyarət etmək üçün xüsusi tələblər hazırlayıb: sualtı ekskursiya zamanı əllərinizlə riflərə toxuna bilməzsiniz və yalnız bu məqsədlə xüsusi təyin edilmiş adalarda çadır qura bilərsiniz. 


Böyük sədd rifi Avstraliya üçün böyük gəlir mənbəyidir, bura gələn turistlər tərəfindən xərclənən pullar ölkənin gəlirini artırır. Böyük sədd rifinin ən cəlbedici və zəngin adaları Bedarra və Haymandır.
Böyük sədd rifinin qorunması təkcə Avstraliya üçün vacib deyil. O, 1981-ci ildə YUNESCO-nun dünya irsləri siyahısına daxil edilib.