Təbiət

Ən böyük çiçəyi olan bitki: Puyya Raymonda

Yer üzündə ən qədim bitki sayılan Puyya Raymonda And dağlarında bitir. Bu heyrətamiz bitki dünyada ən böyük çiçəyi olan bitkidir. 


Puyya Raymonda həmçinin bütün bitki örtüyünün ən qədim nümayəndələrindən biri hesab edilir.


İlk dəfə Puyya 1830-cu ildə Fransız tədqiqatçısı Alsid Şarl Dorbin tərəfindən aşkar edilmiş və həyatının çox hissəsini bu bitkinin öyrənməsinə həsr edən İtalyan alimi Antonio Raymondinin şərəfinə adlandırılmışdır.


Bu nəhəng bitkinin çiçəyi 13 metr yüksəkliyə və təxminən 2,5 metr orta diametrə çata bilər.  Puyya Raymondanın tək uzununa bitən  nəhəng çiçəyi - üzərində ayrıca fərdi kiçik çiçəklərdən ibarətdir. Kiçik çiçəklərin sayı təxminən 11 mindir.


Çox kədərlidir ki, bitkinin aşağı gövdə hissəsi çiçəkləmədən sonra quruyur və yalnız nadir hallarda kök hissəsi yenidən böyüyə bilir. 


Puyyanın çiçəkləmə dövrü 50-80 ildən başlayır, lakin bitkinin 30 və ya 150 yaşda da çiçəklədiyi olub.


Puyya Raymonda planetimizin ən nadir bitkisidir. Bir zamanlar Puyya dağlıq ərazilərdə demək olar ki, hər yerdə böyüyürdü və hazırda yalnız And dağının Peru və Boliviya ərazisində dəniz səviyyəsindən 4000 metr yüksəklikdə tapıla bilər. Amma bu yerlərdə belə çox nadir Puyya şamını görmək mümkündür.


1960-cı illərdə yalnız bir neçə yüz Raymonda şamları vardı. Bu vəziyyət daha sonra Boliviya və Peru səlahiyyətlilərini narahat etdi və o vaxtdan etibarən bir neçə milli park və ehtiyat fondu yaradıldı. Əsas məqsəd isə bu nəhənglərin sayını artırmaq idi. 


Hazırda Puyya Raymonda dünyanın bir çox botanika bağlarında yetişdirilir.