Təbiət

Berqamo çoban iti

2000 il bundan əvvəl finikiyalı tacirlər Avropaya uzun tüklü çoban itlərini gətirdilər. Əvvəl daha çox Toskanada yayıldılar, daha sonra İtaliyanın şimalında çoxalmağa başladılar. Bu it cinsi adını İtaliyanın Berqamo şəhərindən götürüb.
 
 
Berqamo çoban iti böyük başlı, əzələli, qarmaqarışıq tükə malik it cinsidir. Orta ölçülü olan itlərin boyu təxminən 60 sm, çəkisi isə 32-38kq olur. Bu itin xarakteristik xüsusiyyəti üç növ- sıx, yağlı astarlı və ya uzun sərt tükdən yaranmış kürküdür. Tüklər qıvrılaraq keçəyə bənzər görünüş yaradır. Başındakı tüklər uzanaraq gözünün üstünü örtür. Tüklərinin rəngi qara və boz olur. Tamamilə ağ olması cinsin deffektli olmasını göstərir.
Tükləri onu yağışdan və soyuqdan qoruyur. İldə heç olmasa 2 dəfə yuyulmalıdır.
 
 
Berqamo çoban iti müşahidəçi, müşayiətçi qoruyucu, səbirli və açıqgözlüdür. Sahibinə bağlıdır.