Afişa

Milli Dram Teatrının mart repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

 

AZƏRTAC xəbər verir ki, martın 5-də sənət ocağının səhnəsində “İsgəndərə yeni namə”, 6-da isə görkəmli aktyor Ağasadıq Gəraybəylinin 125 illiyi münasibətilə “Ölülər” tamaşası nümayiş ediləcək.

 

Bundan başqa, martın 10-da “Sərgüzəşti vəziri xani Lənkəran”, 13-də “Filumena Marturano” , 18, 19, 20, 21, 22, 23 –də isə “Sehrli buta” tamaşaları göstəriləcək.