Bu maraqlıdır!

Phimeanakas məbədi

Phimeanakas və ya Vimeanakas Kambocada, bir zamanlar Kxmer imperiyasının paytaxtı olmuş Anqkor şəhərində khleang üslubunda tikilmiş hindu məbədidir.

 

Məbədin tikintisi X əsrin sonlarında Kral II Rajendravarmanın zamanında  başlasa da, Kral I Suryavarmanın vaxtında başa çatmışdır.

 

Məbəd bir hindu məbədi kimi üç yaruslu piramida şəklindədir.  Üstü bütün qızıl ilə örtülü olub. Lakin əfsuslar olsun ki, günümüzə tam şəkildə qorunub gələ bilməmişdir.

 

Piramidanın zirvəsində qüllə, kənarlarında isə dəhlizlər var. Bu məbəd Baphuonun şimalındakı Anqkor Tomun Kral sarayı ərazisinin içində yerləşir. Məbəd I Suryavarmanın paytaxt şəhərinin mərkəz nöqtəsi idi. Kral səltənətinin binaları 600 x 250 m ölçüsündə olan divarla əhatəli idi. 

 

Məbədin hündürlüyü 12 metrdir.