Təbiət

Avstraliya kürü lumusu

Citrus australasica və ya Avstraliya kürü lumusu, rütubətli meşələrdə bitən tikanlı kol bitkisidir.


Görünüşünə görə Avstraliya barmaq lumusu da adlanır.


Kvinslend Yeni Cənubi Uels, Avstraliyanın sahil ərazilərində bitir. Bu kolda yetişən yeməli meyvənin istehsalı hələ inkişaf mərhələsindədir. Sitrus cinsindən olan meyvə olmasa da, mikrositrus meyvə cinsi ilə əlaqəsi var. Bitkinin ağacı 2–7 m, yarpağı 1–6 sm uzunluğunda, 3–25 mm genişliyindədir. Ağ rəngli çiçəkləri 6–9 sm, silindr şəkilli meyvəsi isə 4–8 sm  uzunluğunda olur.


Çəhrayı və yaşıl daxil, müxtəlif rənglərdə olur. Meyvənin dadı turşdur, lumunu xatırladır. Ondan marmelad ve doşab hazırlanır. Qabığı isə üyüdülərək yemək ədviyyatı kimi istifadə olunur. 

 

Ticari istehsalı 1990-cı ildə yabanı meyvələrdən marmelad hazırlayan bir dükanda başlayıb. 2000-ci ilə qədər təzə meyvəsi ilə bərabər marmeladı restoranlara satılmışdır. Hal-hazırda da meyvəyə olan yüksək tələbata görə Avstraliyada ticari məqsədlər üçün yetişdirilir.