Təbiət

Karambola-Ulduz meyvəsi

Karambola və ya ulduz meyvəsinin vətəni Cənub Şərqi Asiya sayılır. Biz alma və ya xiyarı necə yeyiriksə, orada da bu meyvəni elə yeyirlər. Elə dadına görə də, alma, xiyar və motmotunun qarışığına bənzəyir.  

 

Meyvə 5-15 sm uzunluğunda, oval şəklindədir. Meyvənin yanlarından aşağıya doğru, özünə məxsus kənarları var. Meyvə eninə doğranıldıqda ulduza bənzədiyindən onun adını alıb.  Qabığı nazik, hamar olur, yetişdikdə tünd sarıya doğru dəyişir. Hər meyvənin 6-13 mm-lik, 10-12 dənə, yastı, qəhvəyi rəngli toxumu olur.


Karanbolanın iki növü var: Kiçik turş (və ya büzücü) və Böyük şirin.

 

Bu dadlı meyvə həm çiy, həm də bişirilərək  istifadə olunur.

 

Karambolanın Şri Lankaya və İndoneziyadan gələn bir meyvə olduğu düşünülsə də, yüzillərdir ki, Hindistan yarımqitəsində və Cənub-Şərqi Asiyada becərilir. Burada yerlilərin sevimli meyvəsi olmaqla bərabər, Şərqi Asiya, Kvinslend, Avstraliya, Taiti, Yeni Kaledoniya, Papua-Yeni Qvineya, Havay və Quamda da məşhurdur. Həmçinin, Mərkəzi Amerika, Florida və Afrika da yetişdirilir.



"Arkin, Dah Pon, Ma fueng, Maha, Demak" şirin növə, "Golden Star, Newcomb, Star King, and Thayer” isə turş növə daxil olanların adlarıdır. Meyvənin lətli hissəsi xırçıltılı, bərk və çox suludur. Meyvədə bol vitamin C var. Aşağı kalorili meyvə sayılır.