Şeirlər

Əli Kərim. “Gül”

Yerim bağça-bağ mənim, 
Rəngim ağappaq mənim. 
Bir ətirli güləm mən, 
İstəyirəm güləm mən. 
Ay yoldan ötən oğlan, 
Məni incidən oğlan, 
Gözüm doldu yaş ilə, 
Ağac ilə, daş ilə 
Sən məni döymə, döymə, 
Xətrimə dəymə, dəymə. 
Neyləmişəm mən sənə?
Yolunu düz keçsənə! 
Utan boy-buxunundan, 
Ay söz əbaxmaz oğlan! 
Gəl, dəcəllik etmə sən, 
Yoxsa ki bilməyirsən, 
Yanaqlarım incidir, 
Yanaqlarım incədir! 
Gözüm doldu yaş ilə 
Ağac ilə, daş ilə 
Sən məni döymə, döymə, 
Xətrimə dəymə, dəymə.