Bu maraqlıdır!

Qlobal kənd

Texnologiya planetimizi bir araya gətirməyə xidmət edir. Dünyanın başqa tərəfində olan insan oradan 20000 km və ya 12500 mil uzaqda yaşamasına baxmayaraq, ona bir neçə saniyə ərzində zəng etmək və ya email göndərmək olar.  Hazırda yüz milyonlarla kompüter 200-dən çox dünya dövlətlərindən internet adlanan nəhəng şəbəkəyə qoşulub.

 

İnternet
İnternet dünya kompüter sistemini əlaqələndirən telefon, peyk və kabel qoşulmasına münasibətdə işlədilir. Nəzəri olaraq hər bir kompüter dolayı yolla hər hansı digər kompüterə qoşula bilər. İnternet üçün hər hansı mərkəzi nəzarət sistemi yoxdur və bu onun böyük uğursuzluqların öhdəsindən asanlıqla gələ bilməsi deməkdir. 

 

Elektron poçt
Elektron poçt və ya email yazılı məktubların kompüterlər arasında göndərilməsi deməkdir.

1971-ci ildə ixtira olunan bu üsul hazırda bütün dünyada xüsusilə iş üçün əsas kommunikasiya vasitəsi kimi çıxış edir. Dəqiq rəqəmlər bəlli olmasa da, hər gün dünyada 100-500 milyard ədəd arasında email göndərildiyi güman edilir.

 

Mobil telefonlar

Adi telefonlar tellər vasitəsilə qoşulduğundan müəyyən bir yerdə yerləşdirilməlidir. Mobil telefonlar isə siqnalları radio dalğaları vasitəsilə ötürdüyündən istənilən yerə daşına bilər. Bütün dünyada təqribən üç milyarda qədər mobil telefon var. Onlar ənənəvi telefon şəbəkələrinin böyük maliyyə tələb etdiyi inkişaf etməkdə olan ölkələrdə xüsusilə geniş yayılıb.

 

Məlumatlar

Məktublar ən sürətli kommunikasiya vasitəsi olduğu zamanlarda hər hansı məlumatın dünyaya yayılması üçün bir neçə ay vaxt tələb olunurdu. İndi isə peyklər və internet  texnologiyası ilə dünyanın hər hansı bir yerində baş verən hadisəni canlı izləmək mümkündür. İnternet səhifəsindən istifadə etməklə hətta blog adlandırılan şəxsi məlumat səhifəsi də yaratmaq mümkündür. 

 

İnsanları bir araya gətirmək

İnternet insanların bir-birilə əlaqə yarada bilməsinin yeni yollarını kəşf etdi. Hazırda insanların dostlaşdığı və məlumat bölüşdüyü sosial şəbəkələşmə səhifələri çox məşhurdur. Facebook adlandırılan internet səhifəsinin dünya üzrə istifadəçilərinin sayı 150 milyon nəfərdir. Əgər bu insanlar bir ölkədə cəmləşsə idi, Yer kürəsində dünyanın on ən böyük xalqlarından biri olardı.