Təbiət

Heveya - dünya əhəmiyyətli kauçuk ağac

Dünyanı rezinlə təmin edən Braziliyanın Heveya ağacı - Amazon tropik meşələrində yetişir. Yüzlərcə ildir ki, təbii rezini -  kauçuk ağacına cızıqlar atmaq yolu ilə süd halında axan içindəki suyu toplayaraq, bu suyu qurumağa və sərtləşməyə buraxdıqdan sonra çeşidli yollar istifadə edərək əldə edilir. 


1872-ci ildən bəri Braziliyada süni kauçuk plantasiyaları salındı. Bu plantasiyalarda yabanı yağış meşələrində olan kauçuk ağacından daha çox rezin əldə edildi. Başqa ölkələrdə də plantasiyalar yaradılmağa başlandı. Kauçuk ağac Latın Amerikası ölkələrindən digər yarımkürəyə gətirildi və demək olar ki, ekvator və ətraf ərazilərə yayıldı. Böyük kauçuk plantasiyalar artıq isti ölkələrdə, xüsusilə də Qərbi, Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada yetişdirilir.


Heveya ağacı çox hündür olmayan ağacdır, təxminən 30 metr hündürlükdə olur. Bəzi növləri isə 40 metr hündürlüyə çatır və 200 ilədək yaşayır. 


Ağac 5-8 yaşında məhsuldar olmağa başlayır; 30 yaşa qədər davamlı olaraq maye süd kimi rezin verir, sonra isə ağacları kəsərək körpələri ilə əvəzləyirlər.


Gecə boyunca ağaca quraşdırılmış dəmir fincana 25-30 milliqram ağacın cızıqlarından ağ rəngdə şirə axır. 


Şabalıda bənzər böyük heveya toxumu nəm torpaqda yaxşı cücərir, buna görə rezin ağacının əkinlərini yeniləmək asandır. 
Avropalılardan rezin ağacı ilk görən məşhur səyyah Xristofor Kolumb oldu. Əfsanəyə görə, o, hindu balaca uşağın bilinməyən bir maddədən olan top ilə oynadığını gördü. Bunun nə olduğu soruşduqda isə uşaq belə cavab verdi: "kaoço" – yəni “kauçuk”.