Şeirlər

Hüseyn Arif. "Qocaldım"

Gəzdim qarış -qarış ana torpağı,
Nə yaxında ,nə uzaqda qocaldım.
İsti ,soyuq heç varmadım fərqinə
Nə aranda , nə yaylaqda qocaldım.


Məlhəmdi dağ moruğu,bağ narı,
Hər kimsənin öz istəyi ,öz yarı.
Görməyəndə qədir bilən dostları
Çil-çırağlı ağ otaqda qocaldım.


Altmışımda zirvələri aşanda ,
Yaş on beşdi!- Söyləmişəm bu anda.
"Millət!" -deyə-satqın coşub-daşanda
Belə çağda ,belə xavta qocaldım.


Hüseyn Arifəm , yaxşılara yananam,
Ömür boyu yamanlara yamanam.
Sevinəndə -qoca ikən cavanam,
Qəmlənəndə -cavanlıqda qocaldım.