Bu maraqlıdır!

Qar əlifbası

Şaxtalı qarlı havalarda biz qapı pəncərəni bərk bağlayıb evdə gizlənəndə göydən yerə saysız hesabsız məktublar yağırmış.


Əslində qar dənəciyinin hərəsi bir işarə, hərfdir.


Qar - çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısıdır. O buludda  temperatur 0 °C-dən aşağı olduqda yaranır, yerə enməsi 4 °C tempraturdan aşağı olduqda baş verir.


Ən maraqlısı isə qar dənəcikləridir. Sən demə, indiyə qədər yağan milyardlarla qar dənələri, heç biri o birisinə bənzəmir. 

 

Qar dənəciklərinin içində olan gizli məlumatı araşdırmaq ilk dəfə Vilson adlı 19 yaşlı cavan oğlanın ağlına gəlib. 1885-ci ilin yanvar ayında maraqlı bir hal baş verir. Vilson Elvin Bentli nəhayet ki, foto aparatla qar dənəciyinin şəklini çəkir.


Bizə asan görunən bu iş onun üçün çox çətin idi.


Amerikanın şərqində balaca kənddə yaşayan insanlar Vilsona dəli kimi baxırdılar. Boranlı gündə əlinə taxta alıb qartutan adamı kim görsə onu dəli hesab edər. Amma onun məqsədi tamam başqa idi. O taxtaların üzərinə düşən qar dənəciyini tutub anbara aparır, sonra ehtiyatla böyüdücü obyektin düyməsini basıb, şəklini çəkirdi. Vilson Bentli 5000 dən artıq qar kristali çəkir, amma 2 eyni kristal tapa bilmir.
1931-ci ildə Vilsonun "Qar kristalları" kitabı satışa çıxarılır. Vilsonun uzun müddət 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə salır. Məlum olur ki, qar dənəcikləri əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir.

 

Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir. Vinson özü bu inanılmaz fakt  haqqında belə qeyd etmişdi:


"Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə qədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm".