Təbiət

Əqrəb milçəyi

Əqrəb milçəyinin (lat. Panorpa communis) adı qorxulu səslənsə də tamamilə zərərsiz həşəratdır. Əqrəb milçəyinin erkəyi qarın qismində olan və əqrəblərin iynəsini xatırladan orqan səbəbiylə "əqrəb ağcaqanadı" adlandırılır.

 

Ən kiçik bir təhlükədə, əqrəb quyruğunu yuxarıya doğru yüksəldir və yırtıcı ona doğru yaxınlaşdıqda quyruğunu titrətməyə başlayır. Beləcə, çox hallarda bu fənd işləyir və əqrəb milçək həyatını xilas edir.


Bu həşəratın digər qeyri-adiliyi ondadır ki, ağzının ucunda uzun, aşağı doğru əyrilən, xortuma bənzəyən çeynəmə aparatı var. Bu aparatın köməyi ilə çiçəklər və bitkilərdən nektar çəkir. 


Qara-qəhvəyi çalarları olan kifayət qədər böyük qanadlarının olmasına baxmayaraq, əqrəb milçək, yaşıl otların üstündə vaxt keçirməyə üstünlük verirlər.

Meyvə şirəsi, ölü böcəklər və ya nektar ilə qidalanır. Uzunluğu təxminən 35 mm olan erkək milçəkləri may və ya sentyabr aylarında görmək olur.

Dişi milçək ildə bir dəfə torpağa 100-dən çox yumurta qoyur.


Bu həşərat planetimizin ən qədim sakinlərindən biridir. Bunu çox sayda süxur tapıntılarının üzərində qalıqlar sübut edilir. 125 milyon il əvvəl yaşayan əqrəb milçəkləri, günümüzdəki əqrəb milçəkləri arasında fərq yoxdur. Bu vəziyyət əqrəb milçəklərinin  təkamül keçirmədiklərini göstərir.


Hal-hazırda planetimizdə 680-dən çox əqrəb milçək növü qeydə alınmışdır.