Bu maraqlıdır!

Silənd - dünyanın ən qəribə dövləti

Silənd (Sealand) knyazlığı dünyanın ən qəribə və kiçik dövlətidir. Bu “ölkə” neft platformasının üzərində qurulub. 


Böyük Britaniya sahillərindən on kilometr məsafədə yerləşir və 1967-ci ildə sabiq mayor Peddi Roy Beyts tərəfindən əsası qoyulub. Bu adam İkinci Dünya Müharibəsi dövründə qurulan müdafiə platformalarından birini ələ keçirib, özünü buranın imperatoru elan edib və torpağı “Sealand” adlandırıb.


Siləndin tarixçəsi hələ İkinci Dünya müharibəsi zamanında Britaniya hərbi-dəniz qüvvələrinin sahilin girişində platforma ucaltdığı dönəmlərdə başlamışdı. Platformalarda top və 20 nəfərdən ibarət qarnizon yerləşdirilmişdi. Raf Tauersdən başqa müharibədən sonra bir çox qüllələr dağıldı.


İmperatorluq yaratdıqdan sonra imperator Peddi Roy Beyts öz konstitusiyasını yazdı. Hazırda konstitusiyalı monarxiya sayılan Silənd Şahzadə Maykl I Beyts tərəfindən idarə olunur. Hüquqi sistem Britaniya qanunlarına əsaslanır, dövlət strukturu bir neçə nazirlik tərəfindən idarə olunur. Siləndin demək olar ki hər bir vətəndaşı bir dövlət məmuru və ya yüksək vəzifəli bir məmurdur, çünki dövlət əhalisi yalnız 8 nəfərdən ibarətdir. Bir çox ölkələr Siləndin suverenliyini tanımır. Böyük Britaniya əlbəttə ki, ölkəni ələ keçirməyə çalışıb, lakin cəhdləri uğursuz nəticələnib. Beləcə Siləndin daimi mövcudluğu qəbul olunmuşdu. 15 il ötdükdən sonra krallıq məşhurluq qazandı, ölkənin bayrağı, vətəndaşları və həyat tərzi qonşu dövlətlərin rəğbətini qazandı. 


1972-ci ildə Silənd öz pulu çıxarmağa başladı. 1975-ci ildə Siləndin ilk konstitusiyası qüvvəyə girdi. Öz bayrağı, hətta qerbi belə var.


Silənd hətta qeyri-ənənəvi idman növləri yarışlarında iştirak edir. Məsələn, 2008-ci ildə Silənd komandası yumurta atma çempionatında qalibiyyət qazanmışdı.