Təbiət

Eroziya

Yer kürəsinin səthi süxur və torpağın külək, buz və cazibə qüvvəsi kimi dağıdıcı qüvvələrin təsiri ilə aşınması nəticəsində daimi olaraq dəyişir. Eroziya, torpaq sürüşməsi halında olduğu kimi, qəfildən baş verə bilər, tədrici eroziya isə, məsələn, çayların Yerin quru səthində dərin dərələri yarması kimi daha qorxulu nəticələrə səbəb olur.

Külək eroziyası

Külək quru üzərində əsdikcə saysız-hesabsız qum dənələri və digər xırda hissəcikləri özü ilə götürərək ətrafa daşıyır.

Çöküntü adlanan bu hissəciklər yüksək sürətlə süxurlara çırpılır və onların üzərində parçalanır.

Beləliklə, uzun illər nəticəsində külək eroziyası süxurların formasının və eləcə də landşaftın dəyişməsinə səbəb olur. Külək eroziyası daha çox quru yerdə, səhraların olduğu ərazilərdə baş verir. 

Su eroziyası
Yağış suyu dağın ətəyi boyunca axdıqca özü ilə süxur qırıntılarını daşıyır. Bu qırıntılar yerin quru sahəsi üzərində yollar açır və tədricən çay yataqları və ya məcraları yaradır.

Eyni qayda ilə okean dalğaları və cərəyanlar sahil xəttini yararaq körfəzlə, burunlar, sıldırım qayalar əmələr gətirir.

Buzlaq eroziyası
Yerin quru sahəsinin təqribən 10 faizi tədricən hərəkət edən buzlaq adlanan buz örtüyündən ibarətdir. Buzlaqlar hərəkət etdikcə onlarda toplanan süxurlar yerin üzərini təmizləyərək onun hamarlaşmasına səbəb olur. 

Suyun buza çevrildiyi zaman, çatlarda toplanan su genişləndiyindən o da süxurları parçalaya bilər.