Təbiət

Yeməli İnqa

Yeməli inqa paxlakimilər fəsiləsinin inqa cinsinə aiddir. Pakay və ya dondurma paxla ağacı kimi də tanınır. Ağacın uzunluğu 30 m-dək çata bilər. Ağac içərisində ağ ləti olan yeməli ləpəli meyvə yetişdirir.

 

Bu bitki And dağı vadilərində və Cənubi Amerikanın şimal-qərb ərazilərində bitir. Paxlaya bənzər meyvə 20 sm olub, içi eynən paxla kimi bölmələrdən ibarətdir. Şirin dadına və yumşaq quruluşuna görə ingilis dilində dondurma paxlası deyirlər. Pakay ağacı 30 dərəcədən aşağı temperaturda məhv olur.

 

Əsasən çay sahillərində bitən bu ağacları toxumu vasitəsilə çoxaltmaq mümkündür. Beləcə ağac tez böyüyür və illərlə meyvəsindən istifadə etmək olur. Mərkəzi Amerikada toxumlar bişirilərək tərəvəz kimi istifadə edilir. Meksikada isə, toxumlar qızardılır və kinoteatrlarda satılır. Pakay bitkisi Kosta-Rikada “Guaba” adlanır. Mənası “uğurlar” deməkdir.