Görkəmli şəxsiyyətlər

Məşhur Fransız rəssamı: Klod Mone

Oskar Klod Mone (1840—1926) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri olub. İmpressionizm - müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Monet, rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.


Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. 1845-də, yəni Monet beş yaşında olanda, ailəsi Normandiyadakı La Havreyə köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. 


Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. Əvvəllər 10-12 Fransız frankına satdığı qara qələmlə çəkilmiş karikaturaları ilə tanınmağa başlayır. İlk kurs dərslərini, Jak-Lui Davidin tələbəsi olan Jak-Fransua Ocharddan alan Monet, bu dövrdə, Eugne Boudinle tanış olmuşdur. Boudin, Monetə yağlı boya istifadə etməyi və açıq mühitdə rəsm texnikasını öyrətdi.


28 Yanvar 1857-də anası dünyadan köçəndə onun 16 yaşı var idi, məktəbdən ayrıldı və dul xalasının yanına yaşamağa başladı.


28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı. Luvr muzeyini ziyarət etmək üçün Parisə gələndə, bir çox rəssamın keçmiş ustaları təqlid etdiyinə şahid olan Monet, bir pəncərənin yanında oturub gördüklərini çəkməkdənsə, fırçasını götürüb açıq havada rəsm çəkməyi daha üstün tuturdu. Parisdə keçirdiyi illərdə bir çox impressionist rəssamla dost oldu. Bunlardan biri Edvard Manet idi.
1861-ci ildə 7 illik müqaviləylə orduya getsə də, iki il sonra xalasının köməyiylə təxris olundu. 


1862-də Parisdə Çarlz Gleyreinin tələbəsi olarkən, universitetdəki ənənəvi rəsm anlayışı Monetin xəyallarından tamamilə fərqli oldu. Bu dövrdə Pyer-Ogüst Renuar, Frederik Bazille və Alfred Sisley ilə tanış olmuşdur. Birlikdə şəkilə yeni yanaşmalarını bölüşdülər, işığın açıq havada yaratdığı təsiri şəkilə parçalanmış rənglər və ardıcıl fırça zərbələri ilə tətbiq etdilər. Bu daha sonralar İmpressionizm olaraq adlandırıldı.


Onun məşhurluğunun ilk addımı isə 1866-cı ildə çəkdiyi "Yaşıl paltarlı qadın" (La Femme à la Robe Verte) əsəri oldu. Burada o, gələcək həyat yoldaşını çəkib. Sonra isə Camille adlı həmin qadından onun iki uşağı dünyaya gəldi.


Fransa-Prussiya müharibəsi zamanı o, İngiltərəyə sığındı. 1871-ci ildə Fransaya dönən rəssamın ən gözəl əsərləri Parisdə yaradıb. Əvvəl uşaqlığının keçdiyi Le Havre şəhərinə getdi. Le Havredən bir mənzərə əks etdirən Gün doğumu tablosunu (Impression, soleil levant) çəkir. 


1873-də Paris yaxınlığında və Sena çayı sahilində bir kənd olan Argenteuile yerləşərək xanımı Camille ilə birlikdə altı il orada yaşadı; Ən çox tanınan əsərlərindən bəzilərini burada çəkmişdir.
1879-cu ildə Mone həyat yoldaşını itirdi. 1883-1908-ci illər ərzində Ağdəniz sahillərinə səyahət edən rəssamın təbiət mövzulu əsərlərinin çoxu məhz burada kətana köçürülüb.


Rəssam 5 dekabr 1926-cı ildə dünyasını dəyişib.