Afişa

BKM-də "Novruzum" adlı müsabiqə keçirilir

Bakı Kitab Mərkəzi Novruz bayramına həsr olunmuş, "Novruzum"adı altında "Ən gözəl rəsm" və "Ən maraqlı nağıl" müsabiqələri keçirir.


Müsabiqədə 5-14 yaş arası uşaqlar iştirak edə bilər.


Müsabiqələrdə iştirak etmək istəyənlər Novruz bayramı mövzusuna aid rəsm əsəri çəkə və ya nağıl yazıb Bakı Kitab Mərkəzinə ([email protected]) təqdim edə bilərlər.


Qeyd edək ki, eyni zamanda hər 2 müsabiqədə iştirak etmək olar. Müsabiqədə iştirak etmək üçün son tarix 1 martdır.


"Novruzum" ümumi adlı rəsm və nağıl müsabiqələrinin qaliblərinə BKM tərəfdən diplomlar və hədiyyələr təqdim olunacaq.