Şeirlər

Zeynal Cabbarzadə. “Xizək”

Çöldə külək əsir, əsir
Soyuq qılınc kimi kəsir.
Quşlar uçur uzaqlara,
Bilinməyir uçur hara.

 


Aman, odur qar da yağır,
 Necə düşür ağır - ağır...
 Külək daha dayanmışdır,
 İndi daha çöldə qışdır.


 
  Dizə çıxır küçədə qar.
 Xizək sürür şən uşaqlar.
 Anam evdə olsa əgər,
 Oynamağa izn verər.


 
 Gəldi anam işdən evə,
 Məni öpdü sevə - sevə.
 Almış idi mənə xizək
 Çölə qaçdım mən sevincək.


 
  Ay uşaqlar, ay uşaqlar,
 Bax, mənim də xizəyim var.