Təbiət

Onixoforlar

Quruda yaşayan, rütubətsevən onixoforlar qısa və uzun bir çox ayağı olan, qurdabənzər onurğasız heyvan tipidir.

 

Bədənlərinin uzunluğu 2-20sm arası dəyişir. Onixoforlar ilanabənzər bədənləri ilə deyil, qısa və uzun ayaq rolunu oynayan çıxıntılar vasitəsilə gəzirlər.

 

Dünyanın bir çox yerində (Cənubi Amerika, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika və s.) rast gəlinən onixoforlar daha çox rütubətli və qaranlıq yerlərdə yaşayır. Buna görə də məskən olaraq adətən bol yağışlı, tropik meşələri, yarpaqların, ağac köklərinin altını və s. seçirlər.

 

Cənubi Afrikada ancaq mağaralarda yaşayan bir onixofor növü mövcuddur. Bədənləri qəhvəyi və ya qara rəngdə olan onxiforların nadir rast gəlinən bəzi növləri isə yaşıl rəngdə olur. Onixoforların təxmini 70 növü var.