Xəbərlər

Musiqili Teatr həftəsonu balaca tamaşaçılarını sevindirəcək

Bakı, 28 noyabr, AZƏRTAC


Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu balaca və rusdilli tamaşaçılarına maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq. 


AZƏRTAC xəbər verir ki, dekabrın 2-də saat 12.00-da uşaqlar üçün “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası təqdim olunacaq.


Dekabrın 3-də saat 12.00-da isə balacalar “Bir dayan, canavar!” adlı səhnə əsərini rus dilində izləyə biləcək. 


Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.