Xəbərlər

“Cırtdan” uşaqları bu dəfə Şuşa Teatrında gözləyir

İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Cırtdan” tamaşası nümayiş olunacaq.

 

Bu barədə AZƏRTAC-a Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.

 

Bildirilib ki, uşaqlara maralı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.