Şeirlər

Aləmzər Əlizadə. Qar yeyən quşlar

Cikkildəyir sərçələr,

Qar dənləyir sərçələr.

Onlar xəstələnəcək,

Başları ağrıyacaq.

Həkim iynə vuracaq.

Oynamağa çağırdım,

Qar yeyən quşları mən.

Hamısı uçub qaçdı,

Yemirəm heç qarı mən.