Xəbərlər

Bioloqlar zebrin zolaqlı olmasının səbəbini iqlimlə əlaqələndirirlər

Amerika alimləri zebrin zolaqlı olmasının səbəbləri barədə mülahizələr yürüdüblər. Bu mülahizələr “Royal Society Open Science” elmi jurnalında dərc olunmuş məqalədə yer alıb.  Zebrin görkəmi barədə belə fərziyyələr də var ki, onun zolaqlılığı həşəratları qorxutmaq, ya da yırtıcılardan gizlənmək vasitəsidir. 
 
Lakin alimlər müxtəlif iqlim zonalarında məskən salmış zebr növlərini öyrəndikdən sonra qərara gəliblər ki, bu heyvanların rəngi onların yaşadıqları yerin temperatur şəraitindən asılıdır. Daha soyuq şəraitdə onların zolaqları solğun və daha az olur. Tədqiqatçılar bunun istilik tənzimlənməsi ilə əlaqədar olduğuna əmindirlər, lakin hələ ki bu fenomeni izah edə bilmirlər.