Bu maraqlıdır!

İstixana effekti nədir?

Günəş yerə işıq və isti göndərir. Bitkilər, torpaq qatı, daşlar və yer səthini formalaşdıran başqa obyektlər istini qəbul edir, qızdıqdan sonra öz istisinin bir hissəsini atmosferə qaytarır. Neftdən alınan yanacaq maddələri yanan zaman tullantı şəklində müxtəlif qazlar, o cümlədən karbon qazı əmələ gəlir. Bu qaz troposferdə yığılır, Yer səthindən qayıdıb gələn istini tutub saxlayaraq atmosferin yuxarı qatlarına keçməyə qoymur. Beləliklə, hava güclü qızır və bu isti yenidən Yerə qayıdır. Bu hadisəyə istixana effekti deyilir, atmosferdə karbon qazının miqdarı həddən artıq çox olduqda, o bir növ bəzi bitkilərin becərildiyi istixanaların üzərinə çəkilmiş isti buraxmayan plastik qübbə kimi qoruyucu günlüyə çevrilir.