Bu maraqlıdır!

108 il bundan qabaq ilk dəfə aviasiya vasitəsilə poçt daşınıb

Aviapoçt poçt göndərişlərinin aviasiyanın köməyi ilə nəql edilməsidir. 


Məktubların hava ilə göndərilməsi aviapoçt əmələ gəlməmişdən əvvəl də mövcud idi. 1903-cü ildə aeroplanların yaradılması özü ilə onların poçt daşınmasında istifadə olunması ideyasını da gətirdi. 


1911-ci il fevralın 18-də Hindistanın Allahabad və Naini məntəqələri arasında ilk dəfə aviasiya vasitəsilə poçt daşındı. Pilot Anri Pike 13 km məsafəyə 6,5 min məktub və 250 açıqca daşıdı. Məktubların üzərində xüsusi möhür var idi: "First aerial post. U. P. Exhibition. Allahabad. 1911" ("İlk hava poçtu. Birləşmiş milli sərgi. Allahabad. 1911"). 


Uçuşun təşəbbüskarı yerli avtomobil şirkətinin və aviaklubun sahibi Uolter Uindhem idi. O, ilk poçt daşınmasından gələn gəliri "Oksford və Kembric" otelində qalan tələbələrin hesabına köçürdü.