Xəbərlər

Bakı məktəblilərinin qələbəsi

Paytaxt məktəbliləri tokima idman növü üzrə Türkiyədə keçirilən dünya çempionatında birinci yerə layiq görülüblər. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 232 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Vüsal Nəsirov, beşinci sinif şagirdi Fəhmin İdrisov və 327 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Taleh Mehralıyev yarışda bütün rəqibləri üzərində qələbə qazanıblar. 


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda V.Nəsirov 29, F.İdrisov 33, T.Mehralıyev 31 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. 

 

Qaliblər medal və diplomla mükafatlandırılıblar.