Şeirlər

Fikrət Sadıq. Körpə

Vüqar hələ
Lap körpədir.
Nə bilsin ki,
Qardaş nədir.
İlqar evdə
Darıxır tək,
Deyir:-Qardaş,
Dur bir gəzək.
…Vüqar durmur.
İlqar hərdən
Evcik qurur...
Deyir:-Qardaş,
Gəl sən də qur.
…Vüqar qurmur.
İlqar səhər
Yeyir sıyıq.
Deyir:-Qardaş,
Ye bir qaşıq.
…Vüqar yemir.
Vüqar hələ
Lap körpədir.
Nə bilsin ki,
Qardaş nədir...