Təbiət

Dünyanın ən üfunətli gülü

Amorfofalus çiçəyi dünyanın ən üfunətli bitkisi sayılır. Bitki çürümüş ət, iylənmiş yumurta və balıq qoxusu verdiyinə görə, onu bəzən meyit gülü adlandırırlar. 


Bu tropik çiçəyin əsas xüsusiyyəti ondan ibarətdir ki, yalniz ona toxunanda üfunət iyi yayılır.


Amorfofalus həm də dünyanın ən hündür bitkisidir, təxminən 3 metr yüksəkliyə qədər arta bilər.


Bu qeyri-adi tropik çiçək daha çox Hindistan, Çin, Vyetnam, Yaponiya, Laos, Kamboca, Braziliyada bitir. Çiçəyin bir çox adı var: Liliya Vudu, Şeytan dili, İlan palması, Meyit gülü. Amorfofalusun 100-ə yaxın növü var.


Çiçəyin yarpaqları cəmi bir neçə ay yaşayır - martın sonundan oktyabrın ortalarına qədər, sonra o, tədricən saralır və quruyur. Çiçəyin qoxusu milçəkləri tozlanma üçün daha çox cəlb edir.


Onun kök yumrularından ənənəvi yapon mətbəxində şorbalarda, buğda bişirilmiş yeməklərdə istifadə olunur. Hesab olunur ki, bu xörəklər orqanizmin təmizlənməsinə və çəkinin azalmasına kömək edir.