Xəbərlər

Balakəndə keçirilən “Əbədiyaşar lider” inşa yazı müsabiqəsinin qalibləri məlum olub

Balakəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Əbədiyaşar lider” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird iştirak edib. Müsabiqəyə təqdim edilən yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılıb. Yekun nəticələrə əsasən, Mahamalar kənd tam orta məktəbin şagirdi Lalə Omarova, Qaravəli kənd məktəbinin şagirdi Mehranə Əzizova və Qullar kənd 2 saylı tam orta məktəbin şagirdi Günay Kaltayevanın yazıları ən yaxşı inşalar hesab olunub. Müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.