Bu maraqlıdır!

Alov vadisi - Nevada Dövlət Parkı

“Alov vadisi” ABŞ-ın Nevada ştatında yerləşən ən qədim və ən gözəl təbiət parklarından biridir. 1935-ci ildə kəşf edilən parkın sahəsi təxminən 141 km²-dir. 


Alov vadisi - qəhvəyi-qırmızı qayalı mənzərələri ilə kifayət qədər məşhur və eyni zamanda turizm üçün təhlükəli yerdir. 


Parkın ərazisi, inanılmaz mənzərəli qum təpələrinə, həmçinin aşınmış daş birləşmələrinə, eləcə də qədim hindu tayfası olan Anasazi qaya sənətinə ev sahibliyi edir. 


Parkın kanyon, qaya və yamacları müxtəlif çalarlara malikdir və nadir görülən parlaq palitra ilə boyanmışdır. Park adını 150 milyon il əvvəl yaranmış qayaların unikal alovlu qırmızı rənginə görə almışdır. 


Alov vadisinin qeyri-adi formasiyaları əsasən daşlaşmış qum təpələridir. Külək, temperaturun dəyişməsi və yağıntılar milyonlarla ildir yumşaq yataqları məhv edərək çoxrəngli qayaların təbəqələrini üzə çıxarmış və qayalara indi müşahidə etdiyimiz qəribə formalar vermişdir.


Park adını təkcə qayaların gözəlliyinə, rəngi alova bənzədiyinə görə deyil, həm də qırmızı daşlar arasında çox isti olduğuna görə almışdır. Gözəl günəşli bir gündə bütün vadinin alov içində olduğu təəssüratı yaranır. Günün vaxtından asılı olaraq qayaların forma və rəngləri sarı, ağ, çəhrayı və odlu qırmızı çalarları əldə edir.


Bu heyrətamiz və rəngarəng yer Mohave səhrasında yerləşir və öz fantastik mənzərələri ilə səyahətçiləri cəlb edir. 


“Alov vadisi” parkı Nevadadakı ən qədim parkdır, yaşı 85-dən çoxdur. Yarandığı gündən bəri park öz ərazisini, o cümlədən al-qırmızı qayaların ümumiyyətlə üstünlük təşkil etmədiyi yeni ərazilər də daxil olmaqla, təxminən 4 dəfə böyütmüşdür.