Xəbərlər

Paytaxt məktəblilərinin iştirakı ilə “Xocalı soyqırımını unutma” mövzusunda sərgi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilib.

 

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, sərgidə Bakının müxtəlif rayonlarından məktəblilər iştirak ediblər. Nümayiş olunan 50 əsər əsasən qrafik janrında işlənib.

 

Mükafatlandırma mərasimində Baş İdarənin gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak ediblər.

 

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.