Şeirlər

Fikrət Sadıq. Dəcəl külək

-Açım qapını, ana !
Yaman tövşüyür külək,
Bəlkə yorulub yazıq,
Bəlkə üşüyür külək?
-Açım qapını ,ana !
Bəlkə qorxaqdır külək
Gör necə də ağlayır
Sanki, uşaqdır külək !
Qapını tıqqıldadır
Külək burda yalandan.
Hamımızı aldadıb
Güllə kimi o yandan
Pəncərəni sındırıb
Evə təpir özünü
Uşağın dodağından
Qapır “ana” sözünü.