Bu maraqlıdır!

Quşlar haqqında maraqlı məlumatlar

Qızıl yağış quşu - 200 qram ağırlığındadır. O, bədənində 70 qram yağ toplayaraq 4 min kilometr məsafəni dayanmadan 88 saata qət edir. Təyyarə ilə bu məsafəni qət etmək üçün isə 16 tondan artıq yanacağa ehtiyac var.

 

Xoşbəxtliyi dimdiyində olan quş - quşlar arasında ən böyük dimdik tukanındır.
Tukanın məskəni Cənubi Amerikadır, Meksikadan başlamış Şimali Argentinaya qədər geniş ərzində məskunlaşıb. Libasında göy qurşağının bütün rəngləri olduğu üçün dünyanın ən yaraşıqlı quşu adına namizəd ola bilər.

 

Dünyanın ən sürətli quşu - Qartal qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid quş cinsidir. Bədəninin uzunluğu 75-88 santimetr, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 metr civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2-3 yaşlarında yetkinliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kiloqrama qədər yükü qaldıra bilir.

 

Dünyanın ən böyük quşu - İngiltərədə alimlər dünyanın ən böyük quşunun 3 metr hündürlükdə, 800 kiloqram  ağırlıqda olan nəsli kəsilmiş bir quş növü olduğunu kəşf ediblər. Bu quşun adı "Vorombe titan” adlandırılıb.