Bu maraqlıdır!

Velosipeddə hansı mühərrikdir?

Velosipedin hərəkət etməsi üçün təkərli konki və ayaq sürülən diyircəkli araba kimi əzələ enerjisindən istifadə etmək lazımdır. Başqa sözlə desək, bu mexanizmləri hərəkətə gətirmək üçün bu enerjini insan özü verir. Beləliklə, demək olar ki, velosipeddə gedən adam özü onun mühərrikidir. Əgər velosipedin üzərinə həqiqi mühərrik bərkitsək, artıq bu, velosiped deyil, motoroller olur. 


Bir çox mexanizmlər var ki, onların işləməsi üçün insan gücü lazım olur, məsələn: əltoxuma dəzgahı, əl və ya ayaq tikiş maşını, planer və başqaları.