Bu maraqlıdır!

Nemo-33 hovuzu

Dünyanın dərin hovuzlarından biri Brüsseldədir. Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir.

2004-cü il iyunun 3-də açılan bu hovuzu tanınmış yazıçı Jül Vernin personajının şərəfinə “Nemo-33” adlandırıblar. Belə ki, bu hovuz xüsusi olaraq dayvinq həvəskarları üçün Con Beyernarts tərəfindən 1996-cı ildə yaradılıb. 


Hovuzun dərinliyi 33 metrdir. Bu səbəbdən də “Nemo-33” adlanır. Burada dalğıclar məşq edir. Həmçinin, burada müəyyən araşdırmalar da aparılır. Arada bir isə su altında istirahət etmək istəyənlərin ixtiyarına verilir. Suyun hərarəti isə daimi olaraq 30 dərəcə saxlanılır.