Təbiət

Latın Amerikasının ən bahalı meyvəsi-Kupuasu

Cupuassu,cupuazu, copoasu kimi tələffüz olunan Kupuasu meyvəsi kakao ağacı ilə qohumluğu olan tropik ağacdır. 

 

Amazon hövzəsi ətrafında geniş yayılmış bu bitki, Kolumbiya, Boliviya, Peru və Braziliyanın şimal cəngəlliklərində yetişdirilir. Ən böyük istehsalçısı isə Para dövlətidir. Braziliyanın milli meyvəsi olan kupuasunun ləti Orta və Cənubi Amerikada istehlak edilir, həmçinin dondurma, qəlyanaltı və digər məhsullar da istifadə edilir.

 

5-15 m hündürlüyə sahib olan bu ağac, bəzən 20 m-də ola bilir. Ağacın qabığı qəhvəyidir, 25-35 sm-lik yarpaqları isə 6-10 sm aralıqlarla cərgələnib. Yetkin yaşa çatan ağacın yarpaqları çəhrayı rəngdən yaşıla doğru dəyişir və meyvə verməyə başlayır.

 

Kupuasunun ağ ləti ananas və şokoladın qarışıq ətrini verir, şirəsi isə armud, banan və yemişin dadını verir. Meyvə ağacda yetişsə də torpağın üstündən toplanır. Çünki meyvələr ağacdan tökülür. Meyvədə heç bir rəng dəyişikliyi olmadığından yetişmiş olanı ayırd etmək çox çətindir. Yetişmiş yemiş boyda olan kupuasunu kəsmək üçün mişardan istifadə edilir. Çünki qabıqları son dərəcə sərtdir.