Görkəmli şəxsiyyətlər

Kondisioneri ixtira edən şəxs: Uillis Kerrier

Uillis Kerrier 1876-cı il noyabrın 26-da Anqolada anadan olub. Amerikanın məşhur mühəndislərindən olan Uillis Kerrier 1902-ci ildə ilk kondisioneri ixtira edib. Bununla da o, tarixin ən yaxşı ixtiraçıları siyahısına düşüb. 1915-ci ildə o, başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyur və kondinsionerlərin istehsalı, həmçinin satışı ilə məşğul olur. Hazırda dünyada istehsal olunan kondisionerlərin 17 faizi bu firmanın payına düşür. O, dünyada bu sahə üzrə aparıcıdır.


1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başlayıb. Hazırda Cənubi Koreya dünyada ən böyük kondisioner istehsalçısıdır. Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər amerikan həyatında inqilabi çevriliş etdilər. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-da əhalinin cənub bölgələrə ("Sun Belt") miqrasiyasının başlamasına kömək etdi. Carrier korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Carrier korporasiyası kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.


Uillis Kerrier 1950-ci il oktyabrın 7-də Nyu-Yorkda dünyasını dəyişib.