Bu maraqlıdır!

Qədim məbəd- Şve İndeyn Payya

Paqoda budistlərin daşdan və kərpicdən hazırladıqları dini tikililərə verilən addır. 

Şve İndeyn Paqodaları isə yavaş-yavaş çürüyən və ovularaq tökülən minlərcə məbədlə ovsunlayıcı və mistik bir atmosferə sahibdir. Bu Paqodalar Pa-Oh xalqının yaşadığı kiçik bir kənd olan İndeyndə tapılan iki antik paqoda qrupundan biridir. Digər paqodanın adı isə Nyaung Ohakdır. Kəndə, sadəcə qayıqla uzun və dar bir kanalda yaxınlaşmaq mümkündür. Yay aylarında su səviyyəsi çox aşağı düşdüyünə görə kəndə ancaq bol yağışlı mövsümlərdə mümkündür.


Şve İndeyn Paqodalarının tarixi Buddizmi yaymaq üçün miladdan öncə III əsrdə bu bölgəyə rahiblər göndərən Hind imperatoru Aşokanın hakimiyyəti illərinə dayanıldığı düşünülür. Yüzillər sonra Bagan İmperatorluğunun iki kralı, Narapatisithu ve Anavrahta Şve İndeyndə bir çox Paqoda inşa etdirmişlər. Bu paqodaların sayının 1600-dən çox olduğu söylənilir. 

 

Şve İndeyn Paqodalarının arxa qapılarının üzəri oyma fiqurlarla, daha çox isə əfsanəvi heyvanlar və səma varlıqları ilə  bəzədilib. Bəzilərində isə Buddaya aid oymalar var. Paqodaların ən maraqlı hissələrindən biri bəzəkli və çox möhtəşəm olan tavanlarıdır. Bəzəkli çətirə bənzəyən bu tavan formalarına Burma dilində “Hti” deyilir. Bu bəzədilmiş çətirlər ölkənin tarixində sosial statusun əlaməti olaraq istifadə edilmişdir. Çətirlər həmçinin, buddizm və hinduizmə uğur gətirən dini simvol hesab edilir. Bir çox şəkil və ölçüdə olan paqodaların əksəriyyəti qalıqlara çevrilib.
Indeyn xalqı kasıb olduğu üçün bərpa işləri BMT tərəfindən həyata keçirilir.