Bu maraqlıdır!

Kanadada rəssam itin çəkdiyi şəkillər 5 min dollardan çox gəlir gətirib

Kanadada yaşayan Hanter ləqəbli it şəkil çəkməyi çox sevir. İtin sahibləri Kenni və Deniz adlı ər-arvad onun istedadını inkişaf etdirməyə çalışır, həvəsləndirirlər. Özləri də vaxt itirmir, dördayaqlı rəssamın “işlərinin” hər birini 38 dollara satırlar. İt ailəyə 5 min dollardan çox qazanc gətirib.  


Hər şey ailə üzvlərinin Hanteri fırça tutmağa və onu kağıza toxundurmağa öyrətmək istəməsi ilə başlayıb. İtin sahibləri deyiblər: “Fırçanı boyaya batıranda nəticə hamını heyrətləndirdi. Boyalı fırçanı kağıza sürtmək Hanterin elə xoşuna gəldi ki, artıq onu dayandırmaq mümkün olmadı. Biz şəkil çəkməyi onun gündəlik rejiminə daxil etdik. Deyəsən, bu, onu xoşbəxt etdi”. 


Sahibləri Hanter üçün ”Instagram” səhifəsi açıblar. Artıq onun 20 min oxucusu var. “Etsy shop” multi-mağazasının saytında onun üçün xüsusi bölmə açılıb. 


Göründüyü kimi, itin sahibləri onu çox sevir, nazı ilə oynayırlar. Hanter də onlardan geri qalmır, gah sahiblərinin başmaqlarını gətirir, gah da özündən sonra oyuncaqlarını yığışdırır.  


İtin sahiblər deyiblər: “Onun enerjisi çoxdur və bizə elə gəlir ki, fiziki və əqli məşğələlər zamanı özünü çox xoşbəxt hiss edir. Buna görə də ona çoxsaylı komandalar öyrətmişik. O, oyuncaqlarını yığışdırır, əşyaları  səliqə ilə yığır, başmaqlarımızı gətirir və digər işlər görür. Şübhəsiz ki, Hanter indiyədək gördüyümüz ən ağıllı itdir”.