Şeirlər

Oqtay Zülfüqarov. Sağ-solu öyrənmişəm

Mən daha böyümüşəm,

Sağ, solu öyrənmişəm.

Bu sol əlim, ayağım,

Bu sol gözüm, qulağım.

Mən daha böyümüşəm,

Sağ, solu öyrənmişəm.

Bircə sualım vardır:

Burnum soldur, ya sağdır?