Təbiət

Tamarin meymunları

Tamarinlər “Yeni Dünya” tropik meşələrində yaşayan kiçik meymunlardır. Tamarinlərin ondan artıq növü tanınır. Onlar bir-birindən tüklərinin çalarları və ölçülərinə görə fərqlənirlər. Onların yaşayış arealı əsasən Mərkəzi və Cənubi Amerika, Kosta Rikadan Amazon ovalığına və Şimali Boliviyaya qədərdir. Dağlıq ərazilərdə bu meymunlara rast gəlmək qeyri mümkündür, yaşayış üçün əsasən düzənli ərazilərə üstünlük verirlər.


Alimlərin fikrincə tamarinlər quruluş və fizioloji cəhətdən insanlara ən yaxın canlılar hesab olunurlar. Tamarinlər əsasən meyvə və bitki ilə qidalanır, eləcə də çiçəklər və hətta nektar ilə də bəslənirlər. Quş yumurtaları və kiçik quş balaları, habelə həşərat, hörümçək, kərtənkələ, ilan və qurbağalar kimi qidalardan da imtina etmirlər.


Bioloqlar ondan artıq tamarin növünü öyrənmişlər. Tamarinlərin hər biri fərdi xarici əlamətlər ilə fərqlənirlər. Ən məşhurları bunlardır:


Imperator Tamarini - Bu kiçik, üç yüz qramdan artıq olan meymunun əsas xüsusiyyətlərindən biri ağ, buruq və uzun bığının olmasıdır. Bu meymun növünün bığları Alman imperatoru II Vilhelmə bənzədiyinə görə “İmperator tamarini” adı verilmişdir.


Qırmızı əl Tamarin - Bu meymunların tükünün rəngi əsasən qara və qəhvəyidir. Ancaq ön və arxa pəncərələri qırmızı rəngdədir. Bu növün qulaqları digərlərinə nisbətən böyükdür.


Qara kürəyli Tamarin - Bu meymunun dərisi qara və ya tünd qəhvəyi, ağız nahiyəsi isə ağ rəngdədir. Qarnında ağ ləkələr də ola bilər.


Jofrua Tamarini - Bu meymunların kürəyində sarı və qara çalarlı müxtəlif rənglər var, arxa hissəsi və qarın nahiyəsi açıq rəngdədir. Bu primatların üzü demək olar ki, tüksüzdür.