Xəbərlər

Gənc Tamaşaçılar Teatrı aprel ayında uşaqlar üçün maraqlı tamaşalar göstərəcək

29.03.2014. Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aprel ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
 
5 aprel - “Tıq-tıq xanım”
6 aprel - “Balaca və damda yaşayan Karlson”
12 aprel - “Pişiyin evi”
13 aprel - “İfritin kələyi”
19 aprel - “Qaraca qız”
20 aprel - “Danışan gəlincik” 
25 aprel - “Əlincə qalası”
26 aprel - “Ələddinin sehrli çırağı”
27 aprel - “Şahzadə Xəzərin nağılı”
 
Tamaşalar saat 12:00 və 16:00-da başlanacaq.