Şeirlər

Nəriman Həsənzadə. Heç nə istəməyən qız

- Ata, güllü bir corab al,
Heç nə daha istəmirəm.
Sən şəkilli bir kitab al, 
Heç nə daha istəmirəm.
 
 
Bir plaş al, iki bayraq,
Bir qara zont, bir ağ papaq…
Heç nə daha istəmirəm.
- Qızım, özgə nə alım mən?
- Qırmızı lent, yaşıl qələm,
Heç nə daha istəmirəm.