Bu maraqlıdır!

Amerikanın ən qədim şəhəri- Karal

Antik şəhər sayılan Karal (Caral-Supe) Lima şəhərindən 160 km şimalda yerləşir. Çoxsaylı tədqiqatlar göstərir ki, şəhər artıq 5000 il bundan əvvəl mövcud olub. Bu məlumatlar elmi dünyanı şok etdi. Məlum oldu ki, Karal Amerika qitəsinin ən qədim mədəniyyət mərkəzi olub. İndi Karal YUNESKO-nun Dünya Mədəniyyət Mirasları Siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.


Arxeoloji zonanın ümumi sahəsi 626 hektardır. Karal, Supe çayı vadisinə yaxın olan çöl və quru bir ərazidə yerləşir. Quru iqlim səbəbi ilə şəhər mükəmməl qorunub bu günə kimi qalıb. Karal qeyri-adi memarlıq abidələri ilə seçilir. Onun ərazisində 18 şəhər mərkəzi, o cümlədən 6 böyük piramida yerləşir.


Karal şəhərində aparılan arxeoloji qazıntılar əsnasında, ən qədim bilinən nümunələr tapılıb (məlumatları qeyd etmək və saxlamaq üçün And sivilizasiyaların istifadə etdiyi məktub sistemləri). Tapılan əşyalar 5000 il bundan əvvəl bu bölgədə yaşayan sivilizasiyanın necə inkişaf etmiş olduğunu nümayiş etdirir.

 


Tapılma tarixi
Arxeoloqlar Karal şəhərinə XX əsrin 70-ci illərində maraq göstərməyə başladılar. Ciddi qazıntılar isə1994-cü ildə başlayıb və bu günə qədər davam edir. Arxeoloqların fikrincə, Karal şəhərində 1000-dən 3000-ə qədər insan yaşayıb. 

Karal böyük bir bölgənin paytaxtı olub. Burada kənd təsərrüfatı çox inkişaf edib, əhali digər bölgələrin sakinləri və balıqçılarla ərzaq mübadiləsi aparıb. 


Karalın digər bölgələrə qarşı hərbi əməliyyatlar olmadan tamamilə dinc yolla hakim mövqeyinə çatdığına inanılır. Belə bir fikri Karalda qazıntılar əsnasında digər qədim şəhərlərdən fərqli olaraq, heç bir silah və ya hərbi texnikanın tapılmaması yaradır.


Karal şəhərindən bu günə qalanları ilk dəfə 1905-ci ildə Alman arxeoloqu Maks Ule tapıb. Ancaq uzun müddət elmi ictimaiyyət tapıntıya maraq göstərməyib. 1940-cı ildə Amerikalı kəşfiyyatçı Pol Kosok təyyarə ilə uçaraq Karalın ilk şəkillərini səmadan çəkdi və Karal onu cəlb elədi. 1948-ci ildə Pol Kosok, onun ardınca 1949-cu ildə Riçarda Şaedel Karalı tədqiq etdilər. Sonra şəhərə maraq öldü. 1975-ci ildə Perulu memar Karlos Vilyam Karalı gəzib onun haqqında kitab yazdı. 1979-cu ildə fransız arxeoloqu Frederik Endel Karalda çalışdı və Karalın nə az, nə çox düz 4000 il yaşı olduğu qənaətinə gəldi. Bundan sonra dünya Karalla maraqlanmağa başladı.

 


Sakinləri
Tarixçilər Karal sakinlərinin “müqəddəs oda” ibadət etdiyinə inanırlar. Əfsanəyə görə əbədi alov şəhəri pis qüvvələrdən qoruyurdu. Amma gözlənilmədən vəhşi qəbilələr qədim şəhərə daxil oldular və şəhəri xarabalığa çevirdilər. Lakin arxeoloqlar fəlakətin əlamətlərini tapmadığından, ehtimal edilir ki, təxminən 1600-cü illərdə kəskin pisləşən iqlim şəraitinə görə sakinlər şəhərdən ayrılıblar.