Təbiət

Sultan toyuğu

Sultan toyuğu, Xəzər sultan quşu kimi tanınan Porphyrio porphyrio seistanicus, Gruiformes dəstəsindən olan, parlaq göy-mavi lələkli, qırmızı ayaqları olan kifayət qədər  böyük və cəlbedici bir quşdur.


Avrasiyanın subtropik zonasının şirin və duzlu su hövzələrinin sahilləri, həmçinin Şərqi yarımkürə, Avropadan və Afrikadan başlayaraq Avstraliya və Yeni Zelandiya. Əsasən tropik və subtropik iqlimlərdə yayılmışdır.  Rusiya ərazisində yalnız Xəzər dənizinin Qərb sahillərində yuva qurur. 


Azərbaycan ərazisində Sultan quşuna nadir hallarda Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən Azərbaycanda 1993-cü ildə 130 min fərd qeydə alınıb. 


Adı Qırmızı Kitaba düşüb.


Bu zərif quş uzun müddət insanın diqqətini çəkmisdir: şəkillərinə qədim Misir papiruslarında rast gəlinir. Daha əvvəllər Rusiyada quşa "Porfirion", sonralar isə "Sultan toyuğu" deyilməyə başlandı. 


Quşun bədən uzunluğu 45-50 sm, qanadlarının uzunluğu 90-100 sm-dir. Sultanların çəkisi 500 q-dan 1 kq-a qədərdir.


Bu növün xarakterik xarici xüsusiyyəti: yuvarlaq, dəlikli və qısa qırmızı dimdiyinin olması və baş hissəsində qırmızı rəngdə dəri örtüyə sahib olmasıdır. Sultan toyuğu adını məhz bu qırmızı dəri örtüyə görə almışdır. Quşun başındakı bu özünəməxsus örtük qədim sultanların baş geyiminə bənzəyir. Quşun digər özəlliyi: membransız, uzun caynaqlara sahib olmasıdır.


Qışda sultan toyugunun parlaq qırmızı dimdiyinin solğun və çəhrayı rəngə çevrilməsi də maraqlıdır, ancaq başındakı dəri  örtüyü rəngini dəyişmir. 


Qamışlıqlarda yuvalayır. Yuvalama dövrü çox uzundur. Kürt yatma birinci – ikinci yumurtanı qoyduqdan sonra başlanır və 24-25 gün davam edir. Yumurtadan çıxmış balalar mayın axırıncı 10 günlüyündə görünməyə başlayır.

Cavan quşlar iyulun axırı – avqustun əvvəlində uçmaq qabiliyyətinə malik olur.

 


Qida rasionunu müxtəlif su bitkilərinin incə tumurcuqları və toxumları, həmçinin molyusklar, böcəklər, xərçəngkimilər, balıq və qurbağa yumurtalarıdır.

 

Sultan quşlarının təbii düşmənləri azdır, onlar üçün ən təhlükəlisi meşə pişiyidir. Yumurta və cücələr isə qarğalar tərəfindən məhv edilir.

 

Sultan toyuğu nadir bir növdür. Bu gözəl quş soyuq rus qışından qorxur. Axı su anbarları donanda quşlar mövcudluq şərtlərinin əlverişli olmadığı sahilə çıxmaq məcburiyyətində qalırlar. Burada isə yırtıcıların və brakonyerlərin asan şikarına çevrilirlər. Sultan toyuqları üçün təbii düşmənlərdən ən təhlükəlisi tülkü, qurd, çöl donuzu və qarğadır.

 

Sərt qış məhvedici təsir göstərir ki, bu zaman sultan toyuqları külli miqdarda tələf olurlar. 


Sultan quşlarının qorunması üçün zəruri tədbirlər görülür. Sərt qışlarda – yemsizlik dövründə quşların tələf olmaması üçün qida ehtiyatını təmin edilir; onları volyer şəraitində çoxaldıb təbiətə buraxmaq məqsədilə tədqiqatlar aparılır.