Xəbərlər

Uşaq bilik portalının növbəti təqdimatı uğurla başa çatıb

Martın 16-da Uşaq bilik portalının informasiya dəstəyi ilə  Zooland Uşaq Əyləncə mərkəzində pizza hazırlamaq üzrə ustad dərsi keçirilib.


Uşaqlar aşpaz görkəmi alaraq öz yaradıcılıq qabiliyyətlərinə və zövqlərinə görə fərdi şəkildə pizza hazırlayıblar. Daha sonra balacalar öz şah əsərlərinin dadına baxıblar.


Ustad dərsinin sonunda uşaqlara portal haqqında ətraflı məlumat verilib, bukletlər paylanıb.