Təbiət

Ertso gölü

Ertso gölü - Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göldür. Sahəsinə görə ölkənin ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir.


Ertso Gölü Cənubi Osetiyanın coğrafiyaşünas və xəritəçəkənlərinə bir çox çətinliklər yaradır. Bəzən gölü “Ruh gölü” də adlandırırlar. Belə ki hər 5-6 il ərzində gölün su balansında azalma müşahidə edilir və göl tamamən yox olur. Bu isə yeraltı mağaralarla əlaqədardır. Landşaftın geoloji quruluşu üst yura dövrünə aiddir.


Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür. 

 

Ertso gölündə balıq yetişmir. Yalnız burada tritonlar yaşayır ki, bəzən bu canlılar özləri üçün yeni yaşayış yeri - yeraltı keçid düzəldə bilirlər. 

 

Ən müəmmalı sirr ondadır ki, quşlar anlaşılmaz və şübhəli gölün ətrafında yuva qurmurlar. Bu yerdə onları nəsə bir şey qorxudur. 

 

Məlum olmayan faktlardan biri də suyun çəlikldiyi zaman gölün dibində heç bir şey qalmır: nə şüşə, nə çubuq, nə də ölü bitkilərin kökləri, yalnız təmiz bir boşluq.
İnsanlar bir neçə yüz ildir ki, anlaşılmaz gölün yaxınlığında yaşasalar da, yerli əhali bu anbarın sahillərində məskunlaşmadı. Amma bu sirli məkan turistlər və digər gözəllik sevərləri özünə cəlb edir.